"Neftçi” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, klubun inzibati binasında baş tutmuş və 5 saata yaxın davam etmiş iclasda bir sıra məsələlər müzakirə olunub.
Müzakirə olunan məsələlərlə bağlı yekun qərarlar Müşahidə Şurasının gələn həftə keçiriləcək növbəti iclasından sonra ictimaiyyətə açıqlanacaq. Əsas müzakirə mövzusunun baş məşqçi Vəli Qasımovun gələcək taleyinə aydınlıq gəlməsi idi. Belə nəticəyə gəlmək olar ki, Müşahidə Şurası bu mütəxəssisi hələ ki postunda saxlayıb.