1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ebesilyo Yuri Syomini yada saldı
Hollandiyalı futbolçu Lorenzo Ebesilyo "Qəbələ"də baş məşqçisi olmuş Yuri Syomini xatırlayıb. Sportnet.az-ın məlumatına görə, "Anji"nin 25 yaşlı yarımmüdafiəçisi təcrübəli rusiyalı mütəxəssisin onun üzərində böyük rol oynadığını bildirib.
Ebesilyonun sözlərinə görə, Syomin onun futbolçu kimi səviyyəsinin artırılmasında az əmək sərf etməyib: "Syomini çoxdan tanıyıram. Onun rəhbərliyi altında əvvəl "Qəbələ"də, sonra isə Rusiyada "Mordoviya"da, ötən mövsümün əvəvlində "Anji"də oynadım. Syominlə yaxşı vaxt keçirdim. Mən bu mütəxəssisə ona görə minnətdaram ki, yeni fəndlər öyrəndim, öz futbol vərdişlərimi və ustalıq səviyyəmi artırdım. Digər klublardan təklifim olmayıb. Artıq 2-ci ildir "Anji"dəyəm. Müqaviləm daha ilyarımlıqdır. Mənin vəzifəm "Anji"də yaxşı mövsüm keçirməkdir. Çünki ötən mövsüm hamımız üçün çox pis alınıb. Ancaq biz Premyer Liqada qaldıq və məhz burada çıxışımızı davam etdirmək niyyətindəyik. Çemponatda fasilədən sonta qayıdıb daha yaxşı oynayacağıq".
Xatırladaq ki, Ebesilyo 2013/14 mövsümündə Syominin rəhbərliyi altında "Qəbələ"də Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb.