1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA yeni fond yaratdı
AFFA futbolun inkişafı ilə bağlı fond yaradıb.
Sportnet.az-ın məlumatına görə, bu haqda AFFA pezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirdiyi brifiqndə bildirib.
O, fondun yaradılma səbəbini belə izah edib: "Biz klublara az-çox kömək edirik. Ancaq AFFA-nın bunu etməsi düz alınmır. Ona görə də şəffaf şəkildə belə fondu yaratmağı qərara aldıq. Bu, AFFA-nın təsisçiliyi ilə yaranıb. Düşündük ki, klublar istədiyi maddi köməyi bu fonda edə bilərlər. Məqsəd odur ki, sponsorlardan gələn pullar, gəlirlər fonda toplansın və onun bölüşdürülməsini şəffaf şəkildə həyata keçirək".
Abdullayevin fikrincə, bu proses optimallaşmaya imkan verəcək: "Sponsorlar gələn kimi dərhal Premyer Liqada oynamaq istəyirlər. Hələ I Diviziondan başlayın, sonra. Çox vaxt futboldan kənar adamlar futbolla özlərini reklam etmək istəyirlər, klubları yarıyolda qoyub gedirlər. Gəlib liesenziya alsınlar, maddi məsələlərlə bağlı bank təminatı göstərsinlər, sonra çempionatda çıxış etsinlər".