Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Rusiya və Qana yığmaları arasında yoldaşlıq görüşünü idarə edib.
Sportnet.az-ın məlumatına görə, Moskvadakı "Lokomotiv" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 20-ci dəqiqədə Fyodor Smolov vurub.
Ağayev oyun zamanı bir sıra kritik qərarlar qəbul edib. Qanalı futbolçular iki dəfə topu boş qapıdan çıxardıqları vaxt qolun olub-olmadığı mübahisə mövzusuna çevrilib. Eyni zamanda bir epizodda qonaq komanda penalti tələb etdiyi halda, baş hakimin fiti susub.
Referinin idarəçiliyində əsas çatışmazlıq tez-tez oyunu dayandırması olub. Əvəzində o, cəmi 2 dəfə sarı vərəqəyə əl atıb. 53-cü dəqiqədə Qana millisindən Con Boye, 81-ci dəqiqədə Rusiya yığmasından Roman Zobnin cəzalanıb.
Россия - Гана 1:0. Обзор товарищеского матча. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.