1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sivasspor"un futbolçusu: "Əliyar Ağayev qəribə idarəçilik edirdi"
Qana yığmasının futbolçusu Con Boye azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarəçiliyinə qiymət verib. Sportnet.az-ın məlumatına görə, "Sivasspor”un müdafiəçisi millisinin heyətində Rusiya yığmasına Moskvada 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşünün baş hakimi olan gənc ədalət təmsilçimizdən narazı qalıb.
Boye ümumiyyətlə, Ağayevin hakimliyindən baş açmayıb: "Bizə qol vuran Fyodr Smolov ikinci halda əllə topu qapıya göndərdi. Ancaq hətta fit səslənmədi. Top qapıdan keçsəydi, hakim qolu sayacaqdı. Ümumiyyətlə, fikrimizcə, baş hakim qəribə idarəçilik edirdi. Həmin epizodda uzun müddət fikirləşməyə vaxt yox idi. Buna görə də tullanaraq topu xətdən çıxardım”.
Qeyd edək ki, Ağayev oyunda göstərdiyi 2 sarı vərəqənin birincini 51-ci dəqiqədə Boyeyə göstərib.