"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk rəqibi olan Çexiyanın "Slovan" klubu yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Liberets təmsilçisi ölkəsinin II liqa təmsilçisi "Viktoriya Jijkov"la qarşılaşıb. Mat qolsuz bərabərliklə nəticələnib.
"Slovan" sentyabrın 15-də "Qarabağ"la Bakıdakı oyunadək çempionatda 6-cı turun matçına çıxacaq. Bu, Ağdam klubunun Çempionlar Lliqasında mübarizədən kənarlaşdıran "Viktoriya" ilə oyun olacaq. Plzen təmsilçisi ilə ev matçı sentyabrın 10-da keçiriləcək. "Slovan" bundan 3 gün sonra ölkəmizə gələcək. 









                 





    
    
    
    
    
    
    
    
    

























































