"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Çexiyanın "Slovan" komandasının məşqçisi Masazır qəsəbəsində yerləşən Əlincə Arenaya gəlib. Sportnet.az-ın məlumatına görə, Çexiya təmsilçisinin məşqçisi Yaroslav Köstal "Qarabağ" - AZAL oyununu izləyir.
Hazırda "Qarabağ" 6:0 hesabı ilə qalib gəlir.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının J qrupunda İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK və Çexiyanın "Slovan" komandaları ilə mübarizə aparacaq.









                 





    
    
    
    
    
    
    
    
    
























































