1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Reynaldo ikihakimiyyətlik yaratdı
Azərbaycan Premyer Liqasında bombardirlər yarışında ikihakimiyyətlik yaranıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın braziliyalı hücumçusu Reynaldo Silva bunadək ən sərrast oyunçu olan "İnter"li Ruslan Abışova çatıb. Hər ikisinin hesabında 3 qol var. Sadəcə, "İnter" bu turda "Sumqayıt"la səfər matçını hələ keçirmədiyindən, Ruslan yenidən vahid lider ola bilər.
Silva ilə Abışov ilk turda "İnter" - "Qarabağ" matçında fərqlənə biliblər. Onda Reynaldo hesabı açıb, Ruslan isə dubla komandasına 2:1 hesablı əzmkar qələbə qazandırıb. İndisə dubl etmək növbəsi Reynaldonun olub. O, IV turun açılış matçında AZAL-a 6:0 hesabı ilə qalib gəldikləri ev oyununda 2 qol müəllifi olub. Abışov isə daha bir qolu "Kəpəz"lə öz meydanında 2:2 hesabı ilə nəticələnən matçda vurub.
Xatırladaq ki, Reynaldo "Qarabağ"la ilk çempionluğu qazandığı 2013/14 mövsümündə vurduğu 22 qolla çempionatımızın bombardiri olub.