1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Qurbanov: "Neftçi"yə nə qədər qol vursam..." - MÜSAHİBƏ
"Qəbələ"nin yeni transferi Ruslan Qurbanov "Neftçi"yə 8:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı hücumçu oyunun özü üçün heç bir prinsipial əhəmiyyət daşımadığını bildirib:
- Mənim heç bir prinsipiallığım yox idi. Bu, futboldur. Bu gün buradayam, sabah harada olacağımı bilmirəm. Sadəcə, bir məqsədim var idi: Özümü yaxşı tərəfdən göstərim ki, baş məşqçimiz də razı qalsın.
- Oyundan sonra demişdiniz ki, qol vursanız, bunu xüsusi formada qeyd etməyəcəksiniz...
- Əlbəttə, "Neftçi"yə görə çox təəssüflənirəm. Belə alındı ki, biz 8:0 hesabı ilə qalib gəldik. Açığı, bu qədər qol vuracağımızı gözləmirdim. Qolumu qeyd etmək öz tərəfimdən yaxşı olmazdı. Çünki futbolçu kimi "Neftçi"də yetişmişəm. Bu klub mənə çörək verib. Ona görə də qolumu qeyd edə bilməzdim. Bu azarkeşləri nəinki sevir, həm də onlara, klubun rəhbərliyinə hörmət edirəm. Yəqin ki, bu, həmişə belə olacaq. Bu gün 2 qol vurdum. Sabah-birisigün nə qədər oyun olsa, heç vaxt "Neftçi"yə vurduğum qolları xüsusi qeyd etməyəcəyəm.
- Vəli Qasımovun baş məşqçi skamyasında yer almaması nəticəyə özünü göstərdi?
- Əvvəlcə ona tezliklə sağalmağı arzulayıram. Əlbəttə, nəticə belə alınıbsa, deməli, yoxluğu özünü göstərib.
- 8:0 hesablı qələbədən sonra Avropa Liqasının qrup mərhələsində Belçika "Anderlext"i ilə oyuna hansı əhval-ruhiyyədə yollanırsınız?
- Əlbəttə, rəqib daha güclü olacaq. "Anderlext" top-klublardandır. Döyüşkən əhval-ruhiyyədəyik. Özümüzü yaxşı tərəfdən göstərmək, habelə azarkeşləri və bütün xalqımızı sevindirmək istəyirik.