1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin legioneri 2-ci antirekordçu oldu
"Neftçi”nin futbolçusu Jayro Filyo Rodriges ardıcıl 2-ci oyunda avtoqol müəllifi olub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının III turunun "Qarabağ”la avqustun 21-də keçirilən qarşılaşmasında (0:3) öz qapısına qol vuran braziliyalı sentyabrın 10-da baş tutan IV turun "Qəbələ” ilə görüşündə (0:8) də eyni xətaya yol verib.
Bununla da Rodriges ardıcıl iki tur avtoqol edən 2-ci futbolçu kimi Azərbaycan çempionatları tarixinə düşüb. İlk belə uğursuz isə ötən mövsüm qeydə alınmışdı. "Sumqayıt”ın üzvü Cəmil Hacıyev ötən ilin noyabrında "Zirə” və "Qəbələ” ilə matçlarda "fərqlənmişdi”.
Jayro eyni mövsümdə 1-dən artıq avtoqol edən 5-ci oyunçudur. Natiq Qasımov (MOİK) 2005/06 mövsümündə ikisi eyni oyunda olmaqla öz qapısına 3 qol vurubsa, Ruslan Abışov ("Neftçi”) 2011/12, Eltun Yaqublu (AZAL) 2014/15 mövsümlərində Hacıyev və Rodriges kimi 2 dəfə üzüntü yaşamışdı.
Ümumilikdə isə Jayro 1-dən çox avtoqol müəllifi olan 20-ci futbolçudur. Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlu 3, 17 futbolçu isə 2 dəfə öz qapıçısını məyus edib.