1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" - "Zirə" matçında QALMAQAL: Diniyev söyüldü - FOTOLAR
Gəncədə "Kəpəz"lə "Zirə" arasında keçirilən Azərbaycan Premyer Liqasının IV tur matçında qalmaqal baş verib. Sportnet.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, insident 51-ci dəqiqədə qonaq komandanın futbolçusu Təmkin Xəlilzadənin Serjinyoya kobudluğundan sonra başlayıb.
Bu zaman məsələyə hər iki komandanın futbolçuları müdaxilə edib. Ara sakitləşdikdən sonra baş hakim Ramil Diniyev hər iki futbolçuya sarı vərəqə göstərib.
Oyun davam etdirildikdən bir neçə saniyə sonra növbəti insident yaşanıb. Bu dəfə ehtiyat oyunçular skamyasında yer alan Kamal Bayramovun iradları referinin ona sarı vərəqə göstərməsi ilə nəticələnib. Azarkeşlər meydana yad əşyalar atmağa başlayıblar. "Kəpəz"in baş məşqçisi Şahin Diniyev isə söyüşlərini davam etdirən Bayramova yaxınlaşıb. Bu zaman onlar arasında əsəbi dialoq yaşanıb.
Qeyd edək ki, Şahin Diniyev Ramil Diniyevin əmisidir.
Ergün SEYİD