"Sumqayıt"a qarşı heç bir qərəzim yoxdur. Nə də onların mənə. Mehriban ailə olmuşuq". Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, bu fikirləri "İnter"in hücumçusu Ağabala Ramazanob Azərbaycan Premyer Liqasında "Sumqayıt"a səfərdə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bildirib. O, ötən mövsüm çıxış etdiyi "gənclik şəhəri"nin təmsilçisinə vurduğu qolu çılğınlıqla qeyd etməsi belə izah edib: "Çoxdandır qol vurmurdum. Buna nail olacağım halda onu çılğın şəkildə qeyd etmək istəyirdim. Səbəb yalnız budur. Bilirəm ki, Ruslan Qurbanov bu turda "Qəbələ"nin heyətində "Neftçi"də qol vursa da, bunu qeyd etmədi. Mən də vaxtilə belə etmişəm. "Xəzər Lənkəran"a qol vurmuşam, ancaq bunu qeyd etməmişəm. Çalışacağam ki, növbəti oyunlarda qollarımı sıralayım".
Ağabala hər oyuna fərqli hazırlaşmadıqlarını söyləyib: ""Qarabağ"la "Sumqayıt"a eyni cür hazırlaşırıq. Yalnız qələbə qazanmaq üçün səy göstəririk. FİFA-nın cəzası haqda mən nə deyə bilərəm? Bunu FİFA qoyub. Yəqin ki, bu qərara görə bizə çətin olacaq. Ancaq belə götürəndə heyətimiz genişdir, problem olmaz".
Gənc hücumçu millimzin baş məşqçisi Robert Prosineçkidən yenə dəvət gözləyir: "Millinin məşqçiləri çempionat oyunlarının hamısına baxırlar. Prosineçki burda olanda özü də baxır. Mən da daim oynayıb, etimadı doğrultmağa çalışacağam. Milliyə çağıırlmaq üçün oynamaq lazımdır. Mən də "İnter" bu şansı qazanıram, formamı saxlayıram".