
"Neftçi" yeni baş məşqçisi Elxan Abdullayevin rəhbərliyi altında bu gün ilk məşqinə çıxıb. Sportnet.az-ıən məlumatına görə, düşərgədə yaxşı əhval-ruhiyyədə olması ilə yanaşı, yeni çalışdırıcının özünə götürdüyü köməkçisi diqqət çəkir.
Bu, Azərbaycandakı futbolçu karyerasını "Neftçi"yə həsr edən 45 yaşlı İqor Getmandır. Keçmiş müdafiəçi son vaxtlar "Neftçi"nin U-19 komandasının məşqçisi olub. Getman "ağ-qaralar"da futbolçu karyerasını bitirdikdən sonra uzun müddət əsas komandada köməkçi-məşqçi olub. Vəli Qasımovun baş məşqçiliyi dövründə qapıçılarla işləyən Dmitri Kramarenko isə yenə iş başındadır.