Sabah Qəbələdə UEFA bayrağı altında növbəti oyun keçiriləcək. Sportnet.az-ın məlumatına görə, by, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək "Qəbələ” – "Dinamo” (Moskva, Rusiya) matçıdır.
Ardıcıl ikinci ildir bu turnirdə təmsil olunan Azərbaycan AFFA-nın keçidiyi U-19 Liqasının qalibini həmin turnirə yollayır. Ötən il çempion kimi bu hüquqa yiyələnən Bakının "Rəvan” klubunun U-19 komandası mübarizəni elə ilk mərhələdə dayandırdı. Moskvanın "Spartak” klubunun həmyaşıdları ilə düşən paytaxt təmsilçimiz ilk oyunda səfərdə 0:4 hesabı ilə uduzmaqla cütün taleyinin rəqibin xeyrinə həll etdi. "Dalğa Arena"”dakı cavab qarşılaşması daha çox formal xarakter alaraq qolsuz bərabərliklə nəticələndi.
Ötən mövsüm U-19 liqasının qalibi isə "Qəbələ” olub. Hüseynqulu Quliyevin baş məşqçisi olduğu komanda da Rusiya təmsilçisi, paytaxt klubu ilə düşüb. Yeri gəlmişkən, Quliyev indi "Qəbələ”nin əvəzedicilrini çalışdırsa da, 19 yaşlıları çempion etdiyindən, həmin futbolçuların əksəri indiki komandasında sərəncamında olduğundan, iş başında olacaq.
Əslində, UEFA Qəbələdəki oyunun vaxtını sentyabrın 28-ə təyin etsə də, sonradan matçın tarixini 1 həftə əvvələ təyin etdi. Cavab oyunu oktyabrın 19-da Ximkidə "Rodina” stadionunda keçirləcək. Hər 2 matç Bakı vaxilə saat 19:00-da başlayacaq.
Kubok matçlarında səfər qolu önəmli olduğundan, öz meydanında qol buraxmadan qalib gəlmək vacibdir. Bu mənada "Qəbələ” qapısının toxunulmazlığına xüsusi diqəqt yetirməlidir.
Onu da bildirk ki, bu, Qəbələdə 15 aylıq fasilədən sonra avrokubok matçı olacaq. Bunadək əsas komanda Qəbələ şəhər stadionunda Avropa Liqasında oynayıb. Son matç ötən ilin iyulun 9-da turnirin I təsnifat mərhələsində Tiflis "Dinamo”su ilə cavab oyunu olub ki, onda 2:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar” tarixində ilk dəfə mərhələ adlayıb. Qəbələdə ilk avrokubok qarşılaşması isə "qırmızı-qaralar"ın Avropa Liqasının I təsnifat mərhələsində 2014-cü ilin iyulun 3-də Bosniya və Herseqovinanın "Şiroki Briyeq” klubuna 0:2 hesabı ilə uduzduğu ilk matçdır. Göründüyü kimi, bu, Qəbələdə 3 ildə 3-cü qitəmiqyaslı matç olacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
İlk oyun
21 sentyabr
19:00. "Qəbələ” (Azərbaycan) – "Dinamo” (Moskva, Rusiya)
Baş hakim: Alper Ulusoy
Baş hakimin köməkçiləri: İbrahim Bozbey, İlker Takpak (hamısı Türkiyə)
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Qəbələ şəhər stadionu