1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz mübarizəyə darmadağınla yekun vurdu
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Bakıda keçirilən 8-ci qrup üzrə mübarizəyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığması qrupdakı son oyununda Latviya ilə üz-üzə gəlib. "Dalğa Arena"da keçirilmiş qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb - 4:0. Qolları 15-ci və 50-ci dəqiqələrdə Merve Özdemir, 27-ci dəqiqədə Male Mollayeva, 44-cü dəqiqədə Gültac Məmmədəliyeva vurub.
Bununla da yığmamız 8-ci qrupu 3 xalla 3-cü pillədə başa vurub. Bütün görüşlərindən qalib ayrılan İspaniya 9 xalla qrup qalibi olub və elit-raunda vəsiqə qazanıb. Ukrayna 6 xalla 2-ci olub. Bu komandanın mərhələ adlayıb-adlamayacağı bütün qruplarda mübarizə yekunlaşdıqdan sonra müəyyənləşəcək. Heç bir xal toplaya bilməyən Latviya isə mübarizəni sonuncu yerdə başa vurub. Azərbaycan millisi Baltikyanı ölkə təmsilçisi ilə birgə mübarizəni dayandırıb.
Qeyd edək ki, əvvəlki görüşlərində millimiz Ukraynaya 1:2, İspaniyaya 0:7 hesabı ilə uduzub.