1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin baş məşqçisi: "Dinamo" oyundan qol vəziyyəti yarada bilmədi"
"Dinamo”nun fiziki baxımdan güclü oyunçulardan təşkil olunduğunu və atletik futbola üstünlük verdiyini bilirdik. Çalışdıq ki, bunun qarşısını alaq, standart vəziyyətlərdə, hava mübarizələrində güclü olan rəqibə belə imkanlar verməyək. Müəyyən dərəcədə bunu
bacardıq". Sportnet.az-ən məlumatına görə, bu fikirləri UEFA Gənclər Liqasının "Çempionlar yolu”nun I mərhələsinin "Qəbələ” – "Dinamo” (Moskva, Rusiya) oyunundan (0:2) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Hüseynqulu Quliyev keçirdiyi mətbuat konfransında mətbuat konfransı bildiirb.
Onun fikrincə, rəqib 2:0 hesabı ilə qalib gəldiyi matçda ümumilikdə qapımız önündə 3 qol epizodu yaradıb: "Bunun 2-də moskvalılar fərqləndilər, zərbəinin birisini isə qapıçımız dəf etdi. Standart vəziyyətləri saymasaq, "Dinamo” oyun epizodlarında qol vəziyyəti yarada bilmədi. Bu gün meydanda olanlar ən yaxşı futbolçularımız idi. Elvin Dəmirovun səhvləri oldu. Lakin hər oyunçu xətaya yol verir".
Quliyev bildirib ki, həm hücum, həm müdafiədə səhvlər buraxıblar: "Futbolda müdafiəçilərin səhvləri daha çox diqqət çəkir. Başa düşürəm ki, bəzi epizodlarda sürətlə irəli çıxmaq əvəzinə oyunu öz üzərinə götürürdülər. Bizim onlara tapşırığımız belə olmamışdı. Ancaq futbolçular da meydanda öz işlərini görür. Ola bilər ki, oyunçu həmin anda elə qərar verdi. Bu matç ajiotajlı oyun idi. Bütün Azərbaycan qarşılaşmanı gözləyir, izləyirdi. Futbolçularımız da bunu başa düşürdü. Razıyam ki, futbolçular bəzi epizodlarda qərar verməkdə gecikirdilər. Gələcəkdə çalışıb, bunu aradan qakdıracağıq”.