1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL-dan ardıcıl 4-cü məğlubiyyət, "İnter" lider oldu - YENİLƏNDİ
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Spotnet.az-ın məlumatına görə, açılış oyununda Bakının AZAL və "İnter" komandaları üz-üzə gəlib.
Şüvəlandakı "AZAL Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da "İnter" 14 xalla liderliyə yüksəlib. AZAL isə ardıcıl 4-cü məğlubiyyətlə üzləşib və 1 xalla sonuncu pillədə qalıb.
Azərbaycan Premyer Liqası, VI tur
24 sentyabr
16:00. AZAL – "İnter" - 1:3
Qollar: Nuqzar Kvirtiya, 54 - Nizami Hacıyev, 45+1 - penalti ilə; Rauf Əliyev, 63. Ağabala Ramazanov, 64
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "AZAL Arena"
Qeyd edək ki, sentyabrın 25-də Premyer Liqada daha iki oyun keçiriləcək. "Kəpəz" Gəncədə "Qarabağ"ı, "Zirə" isə evdə "Qəbələ"ni sınağa çəkəcək. Turun son görüşü sentyabrın 27-də olacaq. "Neftçi" "Əlincə Arena"da "Sumqayıt"ı qonaq edəcək.