1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin üzvü: "Biz Portuqaliya yığmasından üstünük"
"Çətin oyun alındı. Tayland yığması güclü rəqibdir. Heyətindəki oyunçular artıq 5-6 ildir birgə oynayır. Bir-birlərini uzun müddətdir tanıdıqlarından meydanda yaxşı anlaşırlar".
Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan futzal yığmasının oyunçusu Vassura bildirib. Kolumbiyada keçirilən dünya çempionatının 1/8 final mərhələsində Tayland yığmasına 13:8 hesabı ilə qalib gəldikləri oyundan danışan braziliyalı legioner müdafiə xəttinin üzərinə böyük yük düşdüyünü söyləyib: "İlk hissədən fərqli olaraq, ikinci hissədə daha yaxşı oynadıq. Yorğunluq öz sözünü dedi. Psixoloji cəhətdən yüklənmə vardı. Bu, oyundur. Kim qol imkanlarını daha yaxşı reallaşdırısa, o da qalib olur".
Millimizin üzvü matçın məhsuldar keçməsini təsadüfi saymır: "Əlbəttə, bir oyunda 21 qol çoxdur. Böyük hesab ona görə qeydə alındı ki, hər iki komanda durmadan hücum edirdi. Əsas vaxt 7:7 hesablı hesabərliklə bitdi. Biz əlavə vaxtda daha yaxşı oynadıq və ümumilikdə 13 qol vurduq".
Vassura oyundan sonra oğlu ilə telefon əlaqəsi yaratdığını deyib: "O, mənə azarkeşlik edir, məndən qol gözləyir. Taylanda 3 qol vuracağımı gözləyirdi. Ancaq mən 2-ni vurdum. Hər halda, mənə görə sevindi və təbrik etdi".
Millimizi 1/4 finalda Portuqaliya yığması ilə çətin sınaq gözləyir. Ancaq Vassura növbəti sarı vərəqəsini aldığından, həmin matçda komandaya kömək edə bilməyəcək. O, hakim haqsızlığı ilə üzləşdiyini bildirməklə yanaşı, yarımfinala vəsiqə şanslarına toxunub: "Güclü rəqiblə qarşılaşacağımızdan çox çətin olacaq. Cəzalı duruma düşəndə çox məyus oldum. Çünki belə bir vacib matçda yığmaya kömək etmək istəyirdim. Bilirəm ki, komandamız güclüdür. Ancaq mən də oynamaq, meydanda olmaq istəyirdim. Kənarda qalmağım ilk növbədə, özüm üçün pisdir. Hesab edirəm ki, hakim məni haqsız yerə cəzalandırdı. Mən sarı vərəqəlik hərəkət etməmişdim. Oyunun videotəkrarı var, FİFA-da da buna baxa bilərlər. Mən heç nə etməmişdim, ancaq cəzalandıım. Fikirmcə, şanslar bərabərdir. Heyətimizdə braziliyalı, azərbaycanlı oyunçular var. Sonadək mübarizə aparacağıq. Əlbəttə, Portuqaliya yığması güclüdür. Ancaq düşünürəm ki, Azərbaycan yığması ondan üstündür".
Xatırladaq ki, sentabrın 26-da Bakı vaxtilə gecə saat 3-də keçiriləcək Portuqaliya ilə matçda Azərbaycan yığmasının daha 2 üzvü - qapçı Rövşən Hüseynli ilə digər braziliyalı legioner Fineo da cəza üzündən meydana çıxa bilməyəcəklər.