
İtaliyada "Fiorentina" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin II tur matçına bütün təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, oyun avstriyalı hakimlər briqadasına tapşırılıb.
Avropa Liqası, qrup oyunları mərhələsi, II tur
29 sentyabr
21:00. "Fiorentina" (İtaliya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Olivyer Draxta
Yan xətt hakimləri: Roland Brandner, Stefan Kühr
Əlavə köməkçi hakimlər: Manuel Şüttenqruber, Diter Mukkenhammer
Dördüncü hakim: Roland Ridel (hamısı Avstriya)
Hakim-inspektor: Mixael Arqiru (Kipr)
UEFA nümayəndəsi: Eduard Dervişay (İspaniya)
Florensiya, "Artemio Franki" stadionu