Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qəbələ" - "Maynts" oyunundan öncə komandaların son hazırlıq planı məlum olub. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk və futbolçu Asif Məmmədov sentyabrın 28-i saat 18:00-da jurnalistlərin suallarını cavablandıracaq.
Komandanın məşqi saat 19:00-da olacaq. Ukraynalı mütəxəssis rəhbərlik etdiyi komandaya son tapşırıqlarını Bakı Olimpiya Stadionunun məşq meydançasında verəcək.
"Maynts"ın baş məşqçisi Martin Şmidt isə 19:30-da "Bakcell Arena"nın media zalında jurnalistlərin suallarını cavablandıracaq. Rəqibin sonuncu məşqi isə eyni arenada saat 20:00-da nəzərdə tutulub.