Bu gecə keçirilmiş 8 oyunla futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun gününün mərkəzi görüşündə Almaniyada Dortmund "Borussiya"sı İspaniyanın "Real Madrid" klubunu qəbul edib.
Qonaqlar hesabda 2 dəfə irəli çıxsalar da, meydan sahibləri taraqlığa nail ola bilib. Beləliklə, "kral klubu" Dortmunda ardıcıl 6-cı səfərindən qələbə ilə dönə bilməyib.
Daha 2 görüşdə 4 qol vurulub. Amma "Yuventus" və "Kopenhagen" rəqiblərini heç bir şans vermədən darmadağın edib.
Qalan qarşılaşmalardan 3-də minimal hesablı qələbə qeydə alınıb. "Tottenhem" səfərdə MOİK-ə, "Lester" evdə "Portu"ya, "Sevilya" "Lion"a qalib gəlib. "Monako" "Bayer"ə məğlubiyyətdən son anda qurtulub. "Sportinq" isə "Legiya"nı 2 dəfə məyus edib.
Çempionlar Liqası, qrup mərhələsi
II tur
27 sentyabr
E qrupu
22:45. MOİK (Moskva, Rusiya) - "Tottenhem" (İngiltərə) - 0:1
Qol: Hyunq-Min Son, 71
22:45. "Monako" (Fransa) - "Bayer" (Almaniya) - 1:1
Qol: Kamil Qlik, 90+4 - Xavyer Ernandes, 73
Xal durumu: "Monako" - 4, "Tottenhem" - 3, "Bayer" - 2, MOİK - 1.
F qrupu
22:45. "Borussiya" (Dortmund, Almaniya) - "Real Madrid" (İspaniya) - 2:2
Qollar: Pyer-Emerik Obameyanq, 43. Andre Şürrle, 87 - Kriştianu Ronaldu, 17. Rafael Varan, 68
22:45. "Sportinq" (Portuqaliya) - "Legiya" (Polşa) - 2:0
Qollar: Brayan Ruis, 28. Bas Dost, 37
Xal durumu: "Borussiya" - 4, "Real Madrid" - 4, "Sportinq" - 3, "Legiya" - 0.
G qrupu
22:45. "Lester" (İngiltərə) - "Portu" (Portuqaliya) - 1:0
Qol: İslam Slimani, 25
22:45. "Kopenhagen" (Danimarka) - "Brügge" (Belçika) - 4:0
Qollar: Stefano Densvill, 53-öz qapısına. Tomas Delani, 64. Federiko Santander, 69. Matias Yörgensen, 90+2
Xal durumu: "Lester" - 6, "Kopenhagen" - 4, "Portu" - 1, "Brügge" - 0.
H qrupu
22:45. "Sevilya" (İspaniya) - "Lion" (Fransa) - 1:0
Qol: Vissam Ben Yedder, 53
22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Yuventus" (İtaliya) - 0:4
Qol: Miralem Pyaniç, 24. Qonsalo İquain, 31. Paulo Dibala, 57. Adrian Şemper, 85-öz qapısına
Xal durumu: "Yuventus" - 4, "Sevilya" - 4, "Lion" - 3, "Dinamo" - 0.
Qeyd edək ki, turun digər oyunları bu gün keçiriləcək.