Ukraynada "Neftçi” fan-klubu yaradılıb. Sportnet.az-ın məlumatına görə, fan-klubunun prezidenti vəzifəsinə "Azərbaycan-Ukrayna” beynəlxalq ittifaqının sədri Elmar Məmmədov seçilib.
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev tərəfindən fan-klub rəhbərliyinə Ukraynada klub brendindən istifadə edilməsi haqda icazə məktubu göndərilib.
Layihənin məqsədi Ukraynadakı soydaşlarımızın daha sıx vəhdətdə olması və həmyerlilərimizin bir araya gəlməsi üçün əlavə strukturun yaradılmasıdır.