"Sumqayıt"ın futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqasında AZAL-la matçdan sonra brifinq keçirib. Təcrübəli hücumçu Sportnet.az-ın da əməkdaşının suallarını cavablandırıb.
- Matçdan hansı təəssüratla ayrılırsan?
- Gərgin oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Biz bunu daha çox istəyirdik. Sadəcə, erkən qol buraxdıq. Bu da matça öz təsirini göstərdi. Oyun başqa cür alındı.
- 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
- Oyuna baxanda demək olmaz ki, xal qazanmadıq, yaxud qazanmadıq. Nəticə 1:1 oldu. Yəqin ki, hər 2 komanda 1 xala layiq oynadı. Əlbəttə, 3 xal qazanmaq istəyirdik. Ancaq bu, futboldur. Hesabda geridə olanda oyunu xilas etmək çətindir. Ancaq futbolçularımız sonadək mübarizə apardılar. "Neftçmi" ilə oyunda hesabda geri düşsək də, qalib gəlməyi bacaqdır Ola bilər ki, bu dəfə vaxtımız çatmadı. Bəlkə də bərabərlik qolunu tez vurmadıq.
- Sonda özün qol vurmaq istəyirdin...
- Yox, sadəcə, komandamın qalib gəlməsini istəyirdim. Rəqibdən asılı olmayraq bu matmad qalib gəlmək istəyirdik. Həm də öz meydanımızda çoxdan qalib gəlmirdik. Bu dəfə də alınmadı. Ancaq qarşıda çox matçlar olacaq.
- "Sumqayıt"ın məqsədi avrokuboklara vəsiqə, yoxsa Premyer Liqadan düşməməkdir?
- Düşməmək deyil. Mən mövsümün əvvəlində də demişdim ki, artıq "Sumqayıt" axırıncə yerlərdə qərarlaşan komanda olmayacaq. Biz liderlər qrupunda olaacğıq və buna inanırıq. Bsxmayaraq ki bu gün qələbə qazana bilmədik.
- Formadasan, qollar vurursan. Yenidən milli komandadan dəvət ala bilərsən?
- Bunu mənddən yox, baş məşqçidən soruşun.
- Ürəyində belə bir istək var ki, milliyə qayıdasan?
- Bu haqda dəfərlələ mənə sullar verilib. Bir hdaha bildirirəm ki, canla-başla milinin şərəfini qorumuşam. Həmişə də buna hazıram.
- Millimiz Norveç və Çexiya ilə qarşıdakı matçlarda nə edə bilər?
- Hər bir futbolçu bu oyunlara yaxşı hazırlaşmalıdır. Ən azı yaxşı oyun nümayiçş etdirib xallar qazanmalıdır.
- 4 xal qazanmağı bacararıqmı?
- Bizim milli həmişə sürprizlər etməyi bacarıb. İnanıram ki, ən yaxşı oyunlardan birini göstərəcək. SAdəcə, futbolçular qarşıdakı çətin sınaqlara məsuliyyətlə yanaşmalıdırlar.
- Hakimlər haqda nə deyə bilərsən?
- Heç nə.
- Rəqib qapçı Aqil Məmmədovla aranızda nə olmuşdu?
- Bu, bir zarafat idi. Qapıçıdır, bir az əsəbi oldu. Sonra gəldi məndən üzr istədi.
- Həm "Qarabağ"da, həm də "Qəbələ"də oynamısan. Çempionluqda favoritin kimdir?
- Hər iki komanda son vaxtlar yaxşı oyun nümayiş etdirir və uğurlar arzulayır. Öz aralarındakı matçlarda qalib gələn yəqin ki çempion olacaq.