1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin futbolçularının oyun problemi
Azərbaycan milli komandasının legioner həyatı yaşayan futbolçuları öz klublarında oynamaq şansı qazanmırlar. Sportnet.az-ın məlumatına görə, müdafiəçi Pavel Paşayev, yarımmüdafiəçi Dmitri Nazarov və hücumçu Ramil Şeydayev bu turda da meydana çıxmayıblar.
Paşayevin adı Ukrayna Premyer Liqasının son turunda "Stal"ın 18 nəfərlik iştirak ərizəsinə daxil edilməyib. Bu komanda evdə "Çernomorets"ə 1:2 hesabı ilə yenilib və 7 xalla 10-cu pillədədir.
Şeydayev "Trabzonspor"un heyətində Super Liqada hələ nəinki debüt etməyib, adı matçın protokoluna da daxil edilmir. Trabzon klubu hesabat turunda səfərdə "Kardemir Karabükspor" tərəfindən darmadağın olunub - 0:4. Özü də qollardan birinin müəllifi sonradan meydana çıxaraq fərqlənən "Qəbələ"nin bosniyalı sabiq hücumçusu Ermin Zets olub. "Trabzonspor" 6 xalla 12-ci pillədə qərarlaşıb.
Nazarov isə cari mövsümdən çıxış etdiyi II Bundesliqa təmsilçisi "Aue"nin əsas heyətində yerini itirib. Onun komandası öz meydanında "Bohum"a 2:4 hesabı ilə uduzub. Ramildən fərqli olaraq Dmitrinin adı matçın iştira ərizəsində olsa da, baş məşqçisi ona şans verməyib. "Aue" 7 xalla 15-ci pillədə gedir.
Millimizin digər legionerlərindən Eddi İsraifilovun İspaniya Sequndasında "Kadis"də, Kamran Ağayevlə Emin Mahmudovun isə Portuqaliyanın yüksək liqasında "Boavişta"da bu axşam oyunları var.
Xatırladaq ki, millimiz 2018-ci il dünya çempionatının seçmə mərhələsində oktyabrın 8-də Norveçlə evdə, 11-də Çexiya ilə səfərdə qarşılaşacaq.