
"O gün Qurban Qurbanovdan soruşdum ki, Qarabağ futbol klubu niyə geri gedir. Dedi ki, yerli futbol klubları çox zəifdir, inkişaf edə bilmirik". Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə "Qarabağ" klubunun prezidenti Abdulbari Goozal deyib.
Komandanın son zamanlar uğursuz nəticələrinə toxunan A.Goozal bunları bildirib: "Baş məşqçimiz dedi ki, oynamaq üçün güclü klub tapa bilmirik. Ancaq "Qəbələ"yə uduzandan sonra (0:4) münasibət dəyişdi. Getdi Qəbələdə oynadı və iki qol buraxdı. Qurbanova dedim ki, sonra Azərbaycanda güclü klubun olmadığını demə".