AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi zamanı brifinq keçirib. Assosiasiya rəsmisi Sportnet.az-ın əməkdaşının da suallarını cavablandıırb.
- Norveç yığması ilə sabahkı ev oyunu ilə bağlı düşüncələrinizi bölüşərdiniz...
- Bu seçmə mərhələdə Bakıda, evdə ilk oyunumuzdur. Təbii ki, milli seçmə mərhələyə qələbə ilə başlayandan sonra azarkeşlər növbəti 3 xalı gözləyir. Bildiyiniz kimi, Norveç yığması ilə ötən seçmə mərhələdə 2 dəfə oynamışıq. Təəssüf ki, Bakıda məğlub olmuşduq. Ancaq Robert Prosineçkinin gəlişindən sonra komandamız səfərdə 1 xalı qazandı. Bunu nəzərə alaraq düşünürəm ki, milli qarşıdakı oyunda yalnız qələbəyə köklənib. Fürsətdən istifadə edərək azarkeşlərimizi stadiona dəvət edirik. Arenamız böyükdür. Təbii ki, belə stadionda 30-35 min azarkeş çox görsənmir. Bizə də laızmdır ki, rəqib komanda meydançaya daxil olanda qorxu hiss yaransın, onlara təzyiq olsun. Komandamız da azarkeşlərin önündə, onların dəstəyi sayəsində daha da inamlı oyun göstərəcək.
- AFFA rəhbərliyi milli komanda üzvləri iə meydançada görüşdü. Nə danışıldı? Nə vəd olundu?
- Seçmə mərhələdən öncə də AFFA prezidenti Rövnəq Abdullayevin, İcraiyyə Komitəsinin bütün üzvlərinin milli ilə görüşü oldu. Bu dəfə də AFFA prezidenti milli komanda ilə görüşdü, uğurlar arzuladı. Bir daha qeyd etdi k, ilk 3 xalımzı səfərdə qazanmışıq. Evdə ilk oyunda da 3 xalımızı qazanmalıyıq. Sabahkı oyunda elə AFFA rəhbərliyi də, azarkeşlər 3 xal gözləyir. Burada da deməliyəm ki, niyə də yox?
- Turnir cədvəlində 2-ci pillədəyik. Bunu davam etdirmək mümkün olacaq?
- Mümkündür. 3 xalımızı qazansaq, digər oyunda da münasib nəticə olsa.
- Lider olmaq üçün Almaniya Çexiyaya uduzmalıdır...
- (gülür) Bunu çətindir demək. Almaniya kimi güclü yığmanın qrupda olmağı bir tərəfdən müsbət haldır. Çünki artıq ondan xalı heç kim almayacaq. Bu üzdən qrupda 2-3-cü yer uğrunda mübarizə gedir.
- Az azarkeş belə böyük stadionda yaxşı görüntü göstərməyəcək. Olmazmı ki, növbəti ev oyununu Tofiq Bəhramov adına Respublia stadionunda keçirək?
- Oyunu həmin stadionuda böyük məmnuniyyətlə keçirə bilərdik. Məsələ ondadır ki, Bakı Olimpiya Stadionunu 2020-ci ilə kimi yoxlamalıyıq. Burada nə qədər çox oyun keçirsək, bir o qədər yaxşıdır. Bu, artıq UEFA-nın tövsiyəsidir. Onlar da iş prosesində bu stadionu öyrənməlidir. Onu da qeyd edək ki, "Tofiq Bəhramov"un meydançasında problem olduğuna görə matç keçirməyimiz nəzərdə tutulmamışdı. Mövsümdən öncə bilirdik ki, "Qarabağ" həmin stadionda oynayır. Ona görə də qeydiyyatdan keçrməmişdi.
- Mətbuatda belə xəbər yayılıb ki, FİFA prezidenti Canni İnfantino sizə vəzifə təklif etsə də, bundan imtina etmisiniz. Bu, nə dərəcədə həqiqətəuyğundur?
- Bu, şəxsi məsələdir. İcazə versəydiniz, bunu açıqlamazdım.
- Real məsələdir demək...
- (gülür) Bir az şəxsidir, ona görə demək istəmirəm.
- San Marino ilə oyuna mükafat verilməmişdi. Yəqin ki, Norveçlə oyunda qələbəyə görə böyük mükafat nəzərdə tutulub...
- Bizdə bir sistem var və mükafatın verilməsi bu üzrə gedir. Sistemə görə, komanda 3 xaal görə təbii ki, mükafat alır. Dəyişik mükafat ala bilər. Lakin seçmə mərhələdə pley-offa və ya birbaşa final mərhələsinə çıxarsa, mükafatın üzərinə əlavə mükafat gəlir. Belə bir sistem yaratmışıq və onunla da gedirik. Sizə açıq deyim ki, bugünədək millidə oynayan futbolçular mükafat məsələsini qaldırmayıblar. Lakin AFFA hər zaman nəzərə alır ki, milli komandada oynayan futbolçular assosiasiyadan maaş almırlar. Yalnız gündəlik məvacib alırlar. Ona görə də yaxşı nəticə qzaananda stimullaşdırma amili olmalıdır.
- Milli komanda ot örtüyünüz vəziyyətinə görə meydançanın yerini dəyişdi. Bu, qanınınızı qaraltdımı?
- Yox. Əslində, məşqdən qabq UEFA nümayəndəsi ilə bu məsələni müzakirə edirdik. Dəyişiklik normaı haldır, hərdənbir olur. UEFA nümayəndəsinin tövsiyyəsini nəzərə alaraq yeri dəyişdiririk. Biz də əsas meydançada məşq edə bilərdik. Norveç yığması girişdən solda çox məşq etdiyindən ora yüklənib. Digər tərəf boş idi. UEFA nümayəndəsi bildirdi ki, istəyirsiniz, o tərəfi seçin. Bizim gözəl meydançalarımız var və infrastukturu qoruyuruq. Ona görə ehtiyat meydançaya keçdik.
- Sabah elə vəziyyət yarana bilər ki, ot örtüyü daha da bərbad vəziyyətə düşsün...
- Yox, belə şey olmaz
- Azarkeş azlığının səbəbini nədə görürsünüz? Oyunun vaxtı münasibdir, biletlər bir neçə həftədir satılır ..
- Həftəsonudur, qiymətlər ucuzdur. Şənbə günüdr, vaxt da yaxşıdır. Azarkeşlərin də milli komandanı dəstəkləməsi lazımdır.
- Rəqibin də fərqi var...
- Ola bilər. Biz də təhlil aparırıq. Sabah Almaniya, yaxud İtaliya kimi yığmalar qarşı oynasaydıq, artıq biletlər satılmışdı. Yadınızdadırsa, ötən seçmə mərhələdə İtaliya ilə oyuna dəvətnamələrlə birgə 51 min bilet çap olunmuşdu, hamısı satılmışdı. Təbii ki, rəqibdən də çox asılıdır. Bu, faktdır. Azarkeşlər rəqibi nəzərə alarq stadiona gəlirlər. Məşhur olmayan yığmalarla oyuna az maraq var. Ancaq istəyərdik ki, 70 faiz azarkeşlər stadiona gəlib dəstləksinlər. Daha yaxşı olardı ki, fanatlarımızın milli komandaya marağı çox olardı. Ancaq bu, o demək deyildir ki, azarkeşlərin stadiona çox gəlməsi üçün milli komanda hər oyunda qalib gəlməlidir. Bu, futboldur. Həmin Almaniya, İtaliya da hərdənbir uduzur. Bu, o demək deyil ki, onların azarkeşləri oyunlara gəlmilrər. Mən müqaqisə etmirəm. Onlar böyük, inkişaf etmiş futbol ölkələri olduğundan qətiyyən müqayisə aparmaq istəmirəm. Lakin digər ölkələrdə də görürük ki, azarkeşlər rəqiblərə görə oyunlara gəlirlər.
- Bir neçə gün öncə Londonda FİFA-nın mükafatını aldınız. Bu münasibətlə sizi təbrik edirik...
- Çox sağ olun. Təbii ki, çox sevindim. Böyük bir sürpriz oldu. İyul ayında rəsmi məktub gəlmişdi ki, bu nominasiyada varam. Sözün düzü, çox optimist deyildim. Çünki rəqiblərim güclü həmkarlarım idi. Lakin sonda çox sevindim ki, bu tədbirdə Azərbaycanın adı çəkildi. Təbii ki, bu mükafat tək mənim deyil, AFFA-nın hər bir əməkdaşının uğurudur.
- Bu mükafatdan sonra FİFA-ya qapı açıldı. Olmazmı ki, AFFA-dan çıxıb daha yüksək qurumda çalışasınız? Bəlkə təklif gəlib, imtina etmisiniz?
- Mən demədim ki imtian etmişəm. Sadəcə. bu haqda danışmaq istəmədiyim üşün söyləmədim. Mənim cavabım manipulyasiya kimi qəbul oluna bilər. Ona görə də şəxsi məsələni müzakirə etmək istəməzdim.
- Gələcəkdə ola bilər ki, təklifi qəbul edəsiniz?
- Həyatdır da.