
U-14 liqasında çıxış edən "Təhsil" klubunun baş məşqçisi İsmayıl Nəsibov hakimlərə fiziki təsir göstərib. Sportnet.az-ın məlumatına görə, hadisə 2 gün öncə "Ağstafa Gəncləri" ilə görüşdə baş verib.
Baş məşqçi ilk olaraq hakimlər briqadasını təhqir edib və ardınca fiziki təsir göstərib.
Nəticədə AFFA-nın İntizam Komitəsi Nəsibovu 10 oyunluq cəzalandırıb.