1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karel Yarolim: "Prosineçki barədə fikirlərim səhv tərcümə olunub" - VİDEO
DÇ-2018-in seçmə mərhələsində evdə millimizlə heç-heçə oynayan (0:0) Çexiya millisinin baş məşqçisi Karel Yarolim oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qalib gələ bilməmələrinin səbəbini açıqlayıb...
- Komanda qol vurmaq istəyirdi. Ancaq əfsuslar olsun ki, oyunçular son zərbəni vura bilmədilər. Özünüz də gördünüz, rəqibin qapıçısı bir neçə epizodda komandasını real qoldan xilas etdi. Bunun üzərində işləyəcəyik. Növbəti oyunlarımızda qol fürsətlərindən daha yaxşı yararlanmağa çalışacağıq.
- Oyunun əvvəlindəki pressinqdən düzgün istifadə edə bilmədiyimizdən, qələbə qazana bilmədik. Bununla razısınız?
- Bəli, bununla tam razıyam. İlk 10 dəqiqədə qol vura bilsəydik, nəticə başqa cür olardı.
- Almaniya ilə oyundan sonra niyə bu qədər dəyişiklik etdiniz?
- Əvvəlcədən də demişdim, dəyişikliklər oyundan öncə müəyyənləşir. Komanda yeni qurulur. Buna görə bu cür dəyişikliklər normaldır.
- Bilirəm, cavab vermək çətindir. Sizcə, nə etmək lazımdır ki, komanda qol vura bilsin?
- Sadəcə, inanmaq lazımdır. İnanmasaq, olmaz. Millidə iş klublardan fərqlidir. Klublarda hansısa problemi düzəltmək üçün vaxt olur. Ancaq millidə belə vaxt olmur. Ümid edirəm ki, oyunçular bu problemləri aradan qaldırmaq üçün öz üzərlərində işləyəcəklər.
- İki heç-heçə etmişik. Evdə qeydə alınan bu iki heç-heçəni də məğlubiyyətə bərabər saymaq olar. Sizcə, hələ də, DÇ-2018-ə qatılmaq şansımız var?
- Əvvəlcədən fikir bildirmək, münəccimlik etməklə aram yoxdu. Çalışacağıq ki, növbəti mərhələyə adlayaq.
- Oyunun ilk dəqiqələrindəki pressinqdən sonra oyunçuların yerini dəyişdiniz. Bu, Şimali İrlandiya ilə oyunla bağlı idi?
- Bununla mən effektivliyi artırmaq istəyirdim.
- Siz hücum futbolu oynadan məşqçi kimi tanınmısınız. İki oyundan sonra komandanızın qol vura bilməməsini nə ilə əsaslandıra bilərsiniz?
- Nə deyim? Bu vəziyyətə sevinmirəm. Öz meydanımızda iki oyun oynasaq da, qələbə qazana bilmədik. Gələn oyunlarda bunun üzərində çalışacağıq.
- Dünənki mətbuat konfransında Prosineçkini məşqçi kimi tanımadığınızı demişdiniz. Bu gün o, sizə özünü məşqçi kimi tanıda bildi?
- Burada yəqin ki, anlaşılmazlıq olub. Heç vaxt Prosineçkidə məşqçi kimi potensial olmadığını deməmişəm. Onunla təxminən eyni yaşlardayıq. Buna görə onu daha çox futbolçu kimi tanıdığımı dedim. Ancaq onu məşqçi kimi də tanıyıram. Prosineçkiyə hörmət edirəm. Bilirəm ki, onun komandaları həmişə intizamlı olub. O ki qaldı Prosineçki ilə bağlı fikirlərimə, yəqin, tərcümədə nə isə səhv olub.