1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Caviddə olan xarakter, iradə futbola qayıdışına kömək edəcək" - MÜSAHİBƏ
Mahmud Qurbanov: "İndi Hüseynova millidən daha çox klubunda oynamaq vacibdir"
Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanovun Sportnet.az-a müsahibəsi
- Yaxşı tanıdığınız Cavid Hüseynovun həbsdən azad olunması xəbərini necə qarşıladınız?
- Açığı, bu xəbər bir az gözlənilməz oldu. Biz millinin heyətində vətənə yeni qayıtmışdıq. Mətbuatdan oxudum ki, Cavid azad olunub. Əlbəttə, onun qayıtmağı futbol azarkeşləri üçün yaxşı haldır. Çünki Cavid həm klubunda, həm də yığmada oyunu ilə həmişə azarkeşlərin rəğbətini, hörmətini qazanıb. Ancaq xoşagəlməz olay onun futbol həyatına təsirsiz ötüşməyəcək. Bu, məlum məsələdir, onu danmaq olmaz. Hüseynovun başına gələnlərlə bağlı fikir bildirmək çətindir. Futbolçu kimi karyerasının ən yaxşı dönəmini yaşayırdı, ən yaxşı oyunlarını göstərirdi.
- İndi hamı diqqətini Hüseynovun yaşıl meydanlara qayıdışına yönəldib. Siz bu perspektivə necə baxırsınız?
- Hüseynovu çoxdan tanıyıram. Həm bir yerdə oynamışıq, həm də sonra millidə birgə çalışmışıq. Cavid xarakterli olub. Ancaq məlum səbəblərə görə 1 ildən çox müddətə azadlıqdan məhrum olub. Yəqin ki, onda hazırda fiziki, psixoloji baxımdan hər şey istədiyi kimi deyil. Ancaq düşünürəm ki, Caviddə olan xarakter, iradə yenidən futbola qayıdışına kömək edəcək. Əlbəttə, ilk növbədə klubunda məşqlərə başlamalı, oynamalı, özünü yaxşı tərəfdən göstərməlidir. Ona futbolçu kimi yaşıl meydana qayıtmağında kömək eləmək lazımdır. Bunun nəticəsində yenidən öz oyununu göstərsin və azarkeşlərini sevindirsin.
- Təbii ki, milliyə qayıdışı üçün yaşıl meydanda oyunu ilə fərqlənməlidir...
- Əlbəttə. Ona indi milidən çox klubunda oynamaq, fiziki, psixoloji durumunu yüksəltmək lazımdır. Əsas məsələ yaşıl meydana dönüşüdür. Əlbəttə, Cavidə birdən-birə çətin olacaq. Çünki 1 ildən çoxdur futboldan kənarda qalıb, bəlkə ayağına top da dəyməyib. Ancaq Hüseynovda futbolçu kimi xarakter həmişə görsənib. Fikrimcə, çətinliklərin öhdəsindən gələrək yenidən yaşıl meydanlarda öz oyununu göstərəcək.
- Praktika onu göstərir ki, futbolçu ağır zədə, ehtiyatda qalmaq üzündən uzun müddət oynamayandan sonra əvvəlki formasına qayıda bilmir. Caviddə isə vəziyyət daha da çətin olub. O, azadlıqda da olmayıb. Bütün bunları nəzərə alsaq, əvvəlki Cavid Hüseynovu görə biləcəyik?
- Biz onu deyə bilərik ki, hər şey özündən asıldıır. Cavid xarakter, iradə göstərməlidir ki, öz oyununa qayıtsın. Əlbəttə, əvvəlki formasına qayıtmaq, bunu yığmaq çox çətin olacaq. Bu da məlum səbəblərdən başadüşüləndir. İstənilən halda, Cavidə vaxt lazımdır. İndidən nəsə proqnoz vermək də düzgün çıxmaz. Ona görə də zamanı gözləyək. Əsas məsələ yaşıl meydana qayıdıb formasını yavaş-yavaş bərpa etməsidir. Bundan sonra demək olar ki, əvvəki formasına qayıdacaq, klubuna kömək edəcək. Bunlar sonrakı proseslərdir. Bunadəksə itirdiyi müddəti geri qaytarması lazımdır.
- Millimizin baş məşqçisi Robert Prosineçki Caviddən söz salıbmı?
- Prosineçki ilə Cavid haqda söhbətləşməmişik. Çünki baş məşqçi hazırda Bakıda deyil, qarşıdakı günlərdə qayıdacaq.
- Bəs futbolçu həbsdə olarkən?
- Ara-sıra söz salırdı. Prosineçki də ümidli idi ki, Hüseynov futbola qayıdacaq. Cavid ona uğur gətirən futbolçulardan olub.
- Ola bilərmi ki, Hüseynov normal oynayandans onra Prosineçki dəstək mənasında onu milliyə qaytarsın?
- Cavid üçün indi əsas məsələ yaşıl meydana qayıdıb itirdiklərini bərpa etməkdir. Sonrası artıq zamanın işidir. Əlbəttə, Hüseynov Prosneçkinin yaxşı tanıdığı, diqqətində olduğu futbolçulardandır. Cavid onunla qısa müddət işləsə də, rəğbətini qazanmışdı.
- Hər halda, siz azərbaycanlı köməkçiləri kimi baş məşqçiyə Hüseynovla bağlı öz tövsiyələrinizi verə bilərdiniz...
- Əlbəttə. Biz hər bir futbolçuya kömək etməyə hazırıq, o cümlədən, Cavidə. Hüseynovla bağlı hələ ki Prosinçeki ilə danışmamışıq. Xorvatiyalı mütəxəssis Bakıya qayıdandan sonra fikir mübadiləsi aparacağıq.
Mehman SÜLEYMANOV