1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İki həftəlik fasiləyə son, ikinci dövrəyə liderlərin görüşü ilə start
Sabah Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start veriləcək. Sportnet.az-ın məlumatına görə, milli komandamızın rəsmi oyunları ilə əlaqədar çempionatımızda yaranan ikihəftəlik fasilə başa çatır.
İki gün davam edəcək turda matçlar eyni sayda və eyni saatlarda keçiriləcək. Özü də bütün qarşılaşmalar paytaxtda olacaq. VIII turun iştirakçıları II turda üzləşiblər.
Turun mərkəzi oyunu açılış matçı olacaq. Lider "Qəbələ" ən yaxın izləyicisi "İnter"in qonağı olacaq. Roman Qriqorçukun komandası bu rəqiblə ilk dövrədə ev oyununu da Bakıda keçirməli olmuşdu. Çünki həmin vaxt Qəbələ şəhər stadionunda yenidənqurma işləri gedirdi. "Qəbələ"nin bu çempionatda qalib gələ, qol vura bilməyib, xal itirdiyi yeganə rəqib məhz "İnter"dir. "Bankirlər" lideri ilk məğlub edən komanda olacağı halda onun xal fərqini minimuma endirəcək.
Son 3 çempionatın qalibi, hazırda isə 3-cü pillədə olan "Qarabağ" da ən yaxın izləyicisi ilə görüşəcək. Onunla "Sumqayıt" arasında xal fərqi daha çoxdur - 5. Bu oyunun əsas diqqətiçəkən məqamı "Qarabağ"ın "Azərsun Arena"ya qayıdışıdır. Qurban Qurbanovun komandası cari çempionatda ilk dəfə ev oyununu doğma stadionda keçirəcək. Bunadək "Qarabağ" rəqiblərini Mazasır qəsəbəsindəki "Əlincə Arena"da qəbul edirdi.
"Sumqayıt" kimi "Neftçi" də cari çempionatda ilk məğlubiyyətini aldığı komandanın qonağı olacaq. "Qarabağ"la "Zirə" isə ilk qələbələrini qazandıqları rəqibləri qonaq edəcəklər. "Neftçi" ümumiyyətlə, indiyədək "Zirə"yə heç vaxt qalib gələ bilməyib. Arxada qalan 5 oyundan 3-də Adil Şükürovun komandası qələbə qzaanıb, 2 matç heç-heçə nəticələnib. Şükürov bu dəfə Vəli Qasımovun yox, Elxan Abdullayevin baş məşqçisi olduğu "Neftçi" ilə qüvvəsini sınayacaq. Maraqlıdır ki, bu komandalar da ilk 2 cütdə olduğu kimi turnir cədvəlində qonşudurlar.
Yalnız "Kəpəz"lə AZAL haqda bunu deyə bilmərik. "Təyyarəçilər" hələ də qələbə üzünə həsrət qalan yeganə komanda kimi turnir cədvəlində sonda qərarlaşıb. Özü də Tərlan Əhmədovun komandası ilk xalını məhz Gəncədə qazanıb. "Kəpəz"in hesabında cəmi 1 qələbə var və uzun müddət meydanı qalib tərk edə bilmir.
5 oktyabr (şənbə)
16:00. "İnter” – "Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. "İnter Arena” stadionu
İlk dövrədəki oyun - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. "Azərsun Arena” stadionu
İlk dövrədəki oyun - 2:0
16 oktyabr (bazar)
16:00. AZAL – "Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Şaiq Həmidov
Bakı. "AZAL Arena” stadionu
İlk dövrədəki oyun - 0:0
18:30. "Zirə” – "Neftçi”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. Zirə İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun - 1:0