Azərbaycan milli komandası postsovet məkanı təmsilçiləri arasnda ən yaxşı göstəriciyə malikdir. Sportnet.az-ın məlumatına görə, bu, 2018-ci il dünya çempionatının seçmə mərhələsində (DÇ-2018) Avropa zonasında ilk 3 turdan sonra belə müəyyənləşib.
Məlum olduğu kimi, postsovet məkanını təmsil etmiş 15 ölkədən 11-i UEFA-nın üzvüdür. Bunlardan Rusiya qarşıdakı dünya çempionatının təşkilatçısı olduğundan, seçmə mərhələdən azaddır. Nəticədə keçmiş SSRİ-nin 10 təmsilçisi qrup mübarizəsində çıxış edir. Özü də 9 qrupun yalnız 1-də - G qrupunda belə yığma yoxdur.
Azərbaycan millisi kimi öz qrupunda 2-ci olan yalnız bir yığma var. Ancaq Litva millisini cəmi 1 qələbəsi olduğundan, bizdən 2 xal az toplayıb. Üstəlik, litvalılar 3 qol buraxdıqları halda, millimizdə bu göstərici sıfırdır. Digər qol buraxmayanların Almaniya, İngiltərə və Belçika milliləri olduğunu nəzərə alsaq, yığmamız eyni zamanda postsovet məkanında qol buraxmayan yeganə komandadır. Təbii ki, ən çox qələbə qazanan da bizik.
Postsovet məkanı təmsilçiləri arasında ən zəif göstərici isə Ermənistanla Moldova məxsusdur. Hər 2 yığma ilk 3 oyundan sonra nəinki qələbəyə, xala da həsrətdir. Özü də qrup autsayderləri hərəyə cəmi 1 qol vurublar. Ermənistan 3 oyuna 2 qırmızı vərəqə almaqla həm də antirekordçudur.
Postsovet məkanı yığmalarının DÇ-2018-nin seçmə mərhələsində qruplarında yerləri və nəticələri:
A qrupu (6 komanda)
5. Belarus – 3 oyun, 2 heç-heçə, 1 məğlubiyyət, topların fərqi 2-5, 2 xal
B qrupu (6 komanda)
5. Latviya – 3 oyun, 1 qələbə, 2 məğlubiyyət, topların fərqi 1-4, 3 xal
C qrupu (6 komanda)
2. Azərbaycan – 3 oyun, 2 qələbə, 1 heç-heçə, topların fərqi 2-0, 7 xal
D qrupu (6 komanda)
5. Gürcüstan – 3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət, topların fərqi 2-4, 1 xal
6. Moldova – 3 oyun, 3 məğlubiyyət, topların fərqi 1-10, 0 xal
E qrupu (6 komanda)
5. Qazaxıstan – 3 oyun, 2 heç-heçə, 1 məğlubiyyət, topların fərqi 2-7, 2 xal
6. Ermənistan – 3 oyun, 3 məğlubiyyət, topların fərqi 1-8, 0 xal
F qrupu (6 komanda)
2. Litva – 3 oyun, 1 qələbə, 2 heç-heçə, topların fərqi 5-3, 5 xal
H qrupu (6 komanda)
Estoniya – 3 oyun, 1 qələbə, 2 məğlubiyyət, topların fərqi 4-7, 3 xal
I qrupu (6 komanda)
3. Ukrayna – 3 oyun, 1 qələbə, 2 heç-heçə, topların fərqi 6-3, 3 xal
Mehman SÜLEYMANOV