"Neftçi”yə qayıtmağıma görə şadam". Sportnet.az-ın məlumatına görə, bu sözləri karyerasında 3-cü dəfə "Neftçi"nin şərəfini qoruyacaq futbolçu Mahir Şükürov bildirib. Milli komandamızın 34 yaşlı sabiq müdafiəçisi keçmiş klubunun ona futbola qayıtmağı üçün şərait yaratdığını söyləyib: "Mənim üzərimə düşən isə bu etimadı doğrultmaqdır. "Neftçi” hazlrda layiq olmadığı mövqedə qərarlaşıb. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik”.
"Neftçi"nin transfer etdiyi serbiyalı qapıçı Boban Baykoviç yeni komandası üçün faydalı olmaq istədiyini bildirib: "Bilirəm ki, "Neftçi” Azərbaycanın ən titullu klubudur. Azarkeşlərin yaddaşında qalmaq üçün var-gücümlə çalışacağam”.
Bakı klubunun braziliyalı yeni yarımmüdafiəçisi Jonas Pessalli isə Azərbaycan futbolunun inkişafda olduğunu söyləyib: "Şadam ki, "Neftçi”də oynamaq imkanı qazanmışam. Yeni komandamda rəsmi debütümü səbirsizliklə gözləyirəm”.