"Oyun çox çətin alındı. "Qəbələ" hazırda turnir cədvəlinin birinci pilləsindədir. İlk qolu biz vurduq və birini də buraxdıq. Oyun çətin oldu. Ammü düşünürəm ki, yaxşıdır". Sportnet.az-ın məlumatına görə, bunu "İnter" klubunun müdafiəçisi Zurab Xizanişvili "Qəbələ" ilə oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
Gürcüstanlı müdafiəçi rəqibin güclü olduğunu və anlaşılmaz qol buraxdıqlarını söyləyib: "Qəbələ" 7 turdu güclü onayır və qol buraxmayıb. Belə rəqibə qarşı oynamaq bizə də çətindir. Qol vurduq, amma bizim üçün pis nəticə deyil. Təəssüf ki, qapımızdan anlaşılmayan bir top buraxdıq. "Qəbələ" kompakt müdafiə olunur və eyni şəkildə hücuma keçir. Buna baxmayaraq, onlara qol vurmağı bacardıq. Düşünürəm ki, 1:1 hər iki komanda üçün optimal nəticədir".