1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "O, intizamı pozduğu üçün oynamayacaqdı" - MÜSAHİBƏ
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt"la evdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis ilk olaraq matç haqda düşüncələrini bölüşüb:
- Vacib qələbə qazandıq. Asan oyun olmadı. Hər oyunda bizə qarşı fərqli üslublardan istifadə edirlər. Fikrimcə, maraqlı oyun oldu. Əsas odur ki, azarkeşlərimizi sevindirə bildik. Futbolçular bir müddətdir bir yerdə deyildilər. Qarşıda bizi vacib oyun gözləyir. Buna baxmayaraq, tam olaraq bu oyuna köklənmişdik. PAOK-la oyuna 4 gün qalıb. Məşqlərdə diqqətli olmalı, bu komanda ilə oyuna ciddi hazırlaşmalıyıq. Bizi doğrudan da çətin oyun gözləyir. Samir Abasova uğurlar arzulayıram. O, daim öz üzərində işləyir, hər oyunda nə isə yenilik edir.
- Samir Abasov "Qarabağ”ın meydanda məşq etdiyini dedi...
- Oyunçular bir müddətdir bir yerdə deyildilər. Ona görə, bu oyun futbolçular üçün asan deyildi. Qollarımızı da son dəqiqələrdə vurduq.
- Rəşad Sadıqovun vəziyyəti nə yerdədir?
- Rəşadın ayağında ağrılar var. Çox da ciddi deyil. Zədəsini yeniləməməsi üçün həkimlər diqqətli olmalıdırlar.
- İlqar Qurbanovun oyunundan razı qaldınız?
- Oyunun gedişində istədiyimiz kimi hücumlar qura bilmirdik. Oyun zamanı 5-3-2-dən istifadə edirdik. Onun oyunundan razı qaldım. Ancaq öz üzərində bir az da çalışmalıdır.
- Elvin Yunuszadə bu gün heyətdə yox idi. Maksimi mərkəzdə oynatmağınız onun yoxluğu ilə bağlı idi, yoxsa, millidə bu mövqedə özünü yaxşı tərəfdən göstərdiyinə görə?
- Elvinin qızdırması var. Digər tərəfdən, onu əvəzedici heyətə göndərmişdim. Çünki intizamı pozmuşdu. Sağlam olsaydı da, bu gün oynamayacaqdı. Maksim ilk dəfə deyil ki, bu mövqedə oynayır. Bu mövqedə yığmada da oynaması, onu daha da inkişaf etdirir.
- Vüqar Nadirov əvəzedici heyətdə 2 qol vurub. Demək olar ki, artıq özünə gəlir?
- O, öz üzərində ciddi çalışır. Çalışqanlığını göstərir. Belə davam etsə, qarşıdakı oyunlarda ona şans verməyə hazırıq.