
İngiltərənin "Çarlton Atletik" klubunun azarkeşləri rəhbərliyi boykot edib. Sportnet.az-ın məlumatına görə, onlar bu addımı komandanın uğursuz nəticələri səbəbindən bu cür addım atıb.
Komandanın 1-ci liqada "Koventri" ilə qarşılaşması zamanı azarkeşlər meydançaya oyuncaq donuzlar atıblar. Bu səbəbdən matçda təxminən 5 dəqiqəlik fasilə yaranıb.
Qeyd edək ki, "Çarlton Atletik" illoərcə Premyer Liqada çıxış edib. Elitada uğursuz çıxış edən komanda "Çempionşip"ə, ardınca isə 1-ci liqaya düşüb.