
Avropa Liqası turinirinin qrup mərhələsində çıxış etməsi ilə əlaqədar "Qarabağ" və "Qəbələ"nin qazandığı məbləğ hesaba keçirilib. Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, həmin vəsait hər bir klub üçün 2.600.000 (iki milyon altı yüz min) avro təşkil edir.
Qeyd edək ki, "Qəbələ" 4 mərhələ keçərək, "Qarabağ" isə Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra pley-off oyununda qalib gələrək Avropa Liqasının qrupuna vəsiqə qazanıb.