1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin həkimi: "Dabonun qayıdışı 3 həftəyədək çəkə bilər"
"Rəşad Sadiqovla Baqali Dabonu maqnit-rezonans müayinəsindən keçirdik. Hər iki futbolçuda əzələ dartılması problemi var. Daboda bu, daha ciddir”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin həkimi Roman Jolobaylyuk deyib. "Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasında son turunda "İnter”lə səfər matçında birdən-birə iki aparcı futbolçusunu – kapitanı Rəşad Sadiqovla fransalı bombardiri Baqali Dabonu zədə üzündən itirib.
Ukraynalı həkim Rəşadla müqayisədə Baqalinin yaşıl meydana dönüşünün daha gec olacağını söyləyib: "İstənilən halda, hər ikisi qarşıdakı oyunları buraxmalı olacaqlar. Daboda təxminən 5 mm ölçüdə əzələ dartması var. Bu ən azı 2 həftəlik sıradan çıxması deməkdir. Rəşadda isə ayağının başqa hissəsində əzələ dartılıb. Onun zədəsi elə də ciddi deyil. Ümid edirəm ki, Sadiqovu daha tez sağalda biləcəyik. Hardasa 10 günə sıradan dönəcəyinə və Sent-Etyen”lə Bakıdakı oyunadək sağalacağına ümid bəsləyirəm. Daboda qayıdıçı isə 3 həftəyədək çəkə bilər”.
Jolobaylyukin fikrincə, futbolçuların zədələnməsi "İnter Arena"nın pis vəziyyətdə olan süni örtüklü meydançası ilə bağlıdır: "Hər halda, Sadioqvla Dabonun oyundan əvvəl vəziyyətləri yaxşı idi. Narahatçılığa, gileylənməyə heç bir əsas yox idi. Ona görə problemi süni qazonla əlaqələndirə bilərəm. Çünki biz yaxşı meydançalarda məşq edirik, ancaq belə qazonlarda oynamalı oluruq. Bu üzdən qazondan başqa digər variant görmürəm”.
"Qəbələ” Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen”lə qarşıdakı oyunda daha 2 futbolçunun – Elvin Camalovla gürcü Nika Kvekveskrinin də xidmətindən məhrum olub. Əsas komandanın həkimi onların son durumu ilə bağlı da məlumat verib: "Nika "Anderlext”lə oyundan öncə çox məşqdə çox ciddi zədələnimişdi. Müalicə prosesindən 4 həftə keçib. Kvekveskeri bərpa prosesinin son mərhələsindədir. Hər şey qaydasında olsa, "Sent-Etyen”lə ev oyununa 100 faiz hazlr olacaq. Futbolçu yaşıl meydana qayıtmaq üçün özünü hazırlayır. Elvinə gəlincə, "İnter”lə məşqdən öncə pnda da əzələ dartması oldu. Bəxtsiz bir epizod idi. Oyun qabağı məşqdə topa çatmaq üçün ayağı yuxarı qaldırarkən ağrlar hiss etdi. Məlum odu ki, əzələ dartmasıdır və ən azı 2 həftəlik sıradan çıxıb”.