"Qəbələ”nin ukraynalı qapıçısı Dmitri Bezotosnının daha bir seriyası qırılıb. Sportnet.az-ın məlumatına görə, bu, "qırmızı-qaralar"ın cari çempionatda ilk dəfə evdə qol biuraxmasıdır. Həmin qolun müəllifi "Neftçi"yə 4:1 hesabı ilə qlaib gəldikləri matçın 49-cu dəqiqəsində fərqlənən kapitan Araz Abdullayev olub. Fasilədn dərhal sonra meydana daxil olaraq kapitanlıq sarğısını qoluna taxan milli üzvü baxımlı qolla Bezotosnının "quru seriya"sını qırıb.
Məlum olduğu kimi,33 yaşlı qapıçı bunadək çempionatda "quru seriya"sı ilə diqqət çəkirdi. Hələ ötən mövsümün sonundan başlayan bu rekordu də məhz yığmamızın yarımmüdafiəçi qırdı. Bu, "İnter"in üzvü Ağabala Ramazanov olub. Onun ikinci dövrənin startında "İnter Arena"da "Qbələ"yə vurduğu qolla (1:1) Bezotosnı 915-ci dəqiqəqə dayandı.
Dmitrinin Qəbələdəki "quru seriya" sı isə 615 dəqiqə çəkib və 6 matçdan ibarət olub. Bu göstərici də ötən mövsümün sonundan başlayıb. "Qəbələ"yə bunadək evdə son qol vuran komandanın məhz "Neftçi" olması diqqət çəkir. Bu, keçən çempionatda mayın 1-də 2:2 hesabı ilə nəticələnən matçda fərqlənən yarımmüdafiəçi Elşən Abdullayev olub. Göründüyü kimi, Bezotosnını rəqibin Abdullayev soyadlı futbolçuları məyus edir.
Xatırladaq ki, "Neftçi"nin baş məşqçisi də bu soyada malik - Elxan Abdullayevdir.