1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Azərbaycan UEFA reytinqində irəliləmək şansını qaçırdı
Azərbaycan UEFA-nın reytinq siyahısında hesabına növbəti xalı yazıb. Sportnet.az-n məlumatına görə, bu, "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ardıcıl 2-ci qələbəsi sayəsində qazanılan 0.500 xaldır.
Bununla da ölkəmizin cari mövsümdə xal ehtiyatı 4.250, son 5 ildə isə 17.750 olub. Ancaq bu, 25-ci yerdə olan Azərbaycanın özündən 1 pillə irəlidəki İsraili keçməsinə imkan verməyib. Çünki bu ölkənin hələ dünənki oyunlaradək xal ehtiyatı 17.875 idi. Ötən gecə isə bu ölkə 1 heç-heçə sayəsində 0.250 xal qazanıb və xal ehtiyatı 18.125 olub. Halbuki, "Qəbələ" qalib gəlsəydi, İsraili keçmək mümkün idi.
Ölkəmizin ən yaxın izləyicisi olan Kiprin isə yeganə təmsilçisi qalib gəlib və xal ehtiyatı 17.550 olub. Bunlar ada təmsilçisi ilə aramızda olan 0.200-lıq xal fərqi dəyişməz qalıb.
"Qarabağ” cari növsümdə qazanılan xallara görə "Qəbələ”ni keçib. Belə ki, Ağdam klubu 2.125, "qırmızı-qaralar” 1.375 xal toplayıb. "Neftçi” ilə "Kəpəz” hərəyə 0.375 xal yığıb. Qrupda qələbəyə görə 0.500, heç-heçəyə görə 0.250 xal verilir. Bu isə təsnifat mərhələsində müvafiq nəticələrə görə verilən xallardan 2 dəfə çoxdur.
Qeyd edək ki, "Qarabağ” ötən gecə Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gəlib, "Qəbələ” isə Fransanın "Sent-Etyen” klubuna evdə 1:2 hesabı ilə uduzub.