1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayevə qol vurdu, əfsanəvi futbolçuya çatdı
Şimali İrlandiya milli komandasının futbolçusu Qaret Makolinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına vurduğu qol əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 37 yaşlı müdafiəçi Belfastdakı matçın 40-cı dəqiqəsində Kamran Ağayevin qapısına başla yol tapmaqla millllidə 9-cu qolunu vurub və bu göstəricidə əfsanəvi hücumçu Corc Bestə çatıb.
Uzun illər "Mançester Yunayted"də və Şimali İrlandiya millisində parlaq oyunu ilə yadda qalan Best 37 matçda bu qədər fərqlənmişdisə, Makoli 69 oyunda buna nail olub.
Makoli cari seçmə mərhələdə qol vuran ən yaşlı futbolçu kimi də tarixə düşüb. O, 36 yaş 341 günündə fərqlənib.
Cari mövsümdə İngiltrədə "Vest Bromviç" klubunun rəqib qapılarından 2 top keçirən təcrübəli müdafiəçi karyerasında 47 qol vurmaqla məhsuldarlığı ilə diqqət çəkir.
Xatırladaq ki, Şimali İrlandiya Azərbaycana 4:0 hesabı ilə qalib gəlib.