Azərbaycan Premyer Liqasının son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" 2 günlük istirahəti başa vurub. Sportnet.az-ın məlumatına görə, komanda bu gün "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verib.
Son oyunda zədələnən Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb. "Sumqayıt"ın növbəti məşqi noyabrın 24-də saat 11-də olacaq.
Qeyd edək edək ki, Premyer Liqanın XIII turunda AZAL Arenada baş tutacaq AZAL - "Sumqayıt" oyunu noyabrın 27-də saat 16:00-da keçiriləcək.









































































