"Rikardinyo ilk iki penaltisini mənim sağıma vurdu. Onun 3-cü zərbəni vurduğu topun hansı küncə vuracağını bilirdim". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Anderlext"in qapıçısı Frenk Boek Avropa Liqasında "Qəbələ" ilə oyunda qapısına təyin olunan penaltilərlə bağlı bildirib.
30 yaşlı qolkiper hücumçumuz Ruslan Qurbanova qarşı kobud oynamadığını düşünür: "Ədalət üçün deyim ki, penalti epizodunda tamamilə topa oynamışdım. Əsas qapıçı olmasam da, "Anderlext"də həmişə növbəmi gözləyirəm. Mənə ehtiyac duyulduğu anda qapıda durmağa hazıram".