
Futbol üzrə Almaniya Super Kubokunun sahibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, ölkə kubokunun qalibi Dortmund "Borussiya"sı ilə çempion "Bavariya" üz-üzə gəlib.
Görüş Dortmund komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 23-cü dəqiqədə Henrik Mxitaryan, 63-cü dəqiqədə Pyer-Emerik Obameyanq vurub.
Qeyd edək ki, bu, "Borussiya"nın ardıcıl 2-ci Almaniya Super Kuboku olub. Ötən il də dortmundlular "Bavariya"nı yeniblər.