Papa "Fənərbağça"nın yarımmüdafiəçisinə şəxsən telefon açaraq, "Bu matçda səni də görmək istəyirik" deyib. 33 yaşlı futbolçu isə dərhal təklifi qəbul edib. Belözoğlu bu oyunda iştirak edəcək ilk türk və müsəlman olacaq. Digər dəvətlilər arasında Lionel Messi, Canluici Buffon, Xavyer Zanetti, Roberto Bacco, Andrea Pirlo, Samuel Eto O, həmçinin "Qalatasaray"ın qapıçısı Fernando Muslera da var.
Qeyd edək ki, xeyriyyə matçından əldə olunan gəlir Roma Papasının ayrı-ayrı fondlara və yardıma ehtiyacı olan ölkələrə bağışlanacaq.