1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt" "abunəçi"likdən qurtuldu
"Sumqayıt" "Qəbələ" ilə səfər oyunlarında uğursuzluq sindromuna son qoya bilib. Sportnet.az-ın məlumatına görə, "gənclik şəhəri"nin təmsilçisi 2011-ci ildən görüşdüyü "qırmızı-qaralar"la onun meydanındakı matçlarda nəhayət, xal qazanmağı bacarıb. Çünki sumqayıtlılar bunadək Qəbələ səfərlərindən bir qayda olaraq - 9 dəfə məğlub qayıdıb, cəmi 4 qol vurub. Onuncu - yubiley matçı ilk xalın qazanılması ilə nəticələnib. Bu, az öncə 1:1 hesabı ilə yekunlaşan qarşılaşmada baş verib. Samir Abasovun komandasının hətta oyunda hesabı açan tərəf olduğunu nəzərə alsaq, qələbəyə də yaxın olub.
Sumqayıtın eyniadlı klubu Qəbələdə növbəti qolunu 3 ilə yaxın gözləməli olub. Çünki sonuncu qol 2014-cü oktyabrın 24-də 1:3 hesabı ilə uduzduğu matçda vurulmuşdu. Onda da "Sumqayıt" hesabı açan olmuşdu. Ancaq "Qəbələ" sonradan vurduğu 3 qolla əzmkar qələbə qazanmağı bacarmışdı. Həmin vaxt "qırmızı-qaralar"ın qapısına Ramazanov, bu dəfə isə Məhəmməd Qurbanov yol tapıdı. Yeri gəlmişkən, uğursuz "Neftçi" karyerasından sonra "Sumqayıt"a qayıdan hücumçu qol hesabını aça bilib.
İstənilən halda, "Sumqayıt" "abunəçi"likdən canını qurtara bilib.
Xatırladaq ki, "abunəçi" sözü "İnter"in sabiq prezidenti Georgi Nikolovun futbolumuza gətirdiyi termindir. Bolqarıstanlı funksioner bir vaxtlar "Neftçi"nin onlara daim uduzduğuna görə rəqibi onların "abunəçi"si olduğunu bidlirmişdi.