1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Diniyev "Neftçi"ni bundan da məhrum etdi
Azərbaycan Premyer Liqasının cari mövsümündə heç-heçə etməyən komanda qalmayıb. Sportnet.az-ın məlumatına görə, bərabərliyə sonuncu imza atan "Neftçi" olub.
"Ağ-qaralar" cari çempionatda ilk heç-heçəsini qış fasiləsindən sonra ilk turda "Qarabağ"la səfərdə 1:1 hesabı ilə nəticələnən matçda edib. Halbuki, Ramil Diniyevin mübahisəli penaltisi olmasaydı, həmin vaxt hesabda irəlidə olan Elxan Abdullayevin komandası qalib gələ də bilərdi. Ancaq referi "Neftçi"nin təmiz penaltisini vermədikdən sonra "Qarabağ"ın lehinə 11 metrlik cərimə zərbəsi təyin edərək, flaqmanı heç-heçəsiz oyunlar seriyasından məhrum edib. Bununla da "ağ-qaralar"ın ilk bərabərliyi XV turda gerçəkləşib.
Paytaxt klubu Premyer Liqada sonuncu heç-heçəsini ötən mövsüm XXXII turda - mayın 1-də "Qəbələ" ilə səfər matçında etmişdi - 2:2. Göründüyü kimi, növbəti bərabərliyi 273 gün gözləmək lazım gəldi.
Xatırladaq ki, cari çempionatda yalnız heç-heçə etməyən komanda qalmışdı. Məğlubedilməzliyi qırılan son komanda "Qəbələ" olub ki, bu da XIII turda "Qarabağ"la "Azərsun Arena"dakı matçda baş verib - 1:2. İlk qələbəsini qazanan sonuncu komanda isə autsayder AZAL olub. Tərlan Əhmədovun komandası buna XIV turda məhz "Neftçi"ni səfərdə 1:0 hesabı ilə yenməklə nail olub.