
UEFA Avropa Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində iştirak edəcək klublarımızın matçını, millinin məşqçiləri də seyr edəcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" (Hollandiya) oyununu Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts da izləyəcək.
Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək "Partizan" - "Neftçi" qarşılaşmasını isə Foqtsun köməkçisi Mahmud Qurbanov yollanıb.
Qeyd edək ki, "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da, "Partizan" - "Neftçi" matçı isə Bakı vaxtı ilə 23:15-də start götürəcək.