1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"İnter" 3411 günlük sindromu qırdı
Azərbaycan Premyer Liqasının XX turunun "Qarabağ”la "İnter” arasındakı oyunu üç məqamla əlamətdar olub.
Sportnet.az-ın məumatına görə, qonaqların 1:0 hesablı qələbəsi iki fərqli seriyanı qırıbsa, meydan sahibləri bir yubiley qeyd edib.
Bakılılarla görüş "Qarabağ”ın Azərbaycan çempionatında keçirdiyi 350-ci ev oyunu olub. Ağdam klubu öz meydanında 236 qələbə qazanıb, 67 heç-heçə edib və 47 dəfə uduzub. Bu qarşılaşmalarda 625 dəfə fərqlənən əyalət klubu 240 top buraxıb.
Məğlubiyyət "Qarabağ”ın öz meydanındakı yenilməzlik seriyasına son qoyub. 2015-ci il fevralın 28-də "Qəbələ”yə 0:1 hesabı ilə uduzandan sonra klub tarixi üçün rekord sayda - 32 matç evdə xalsız qalmayan Qurban Qurbanovun yetirmələri eyni gündə, eyni hesabla uduzub. 731 gündən sonra qırılan seriya 26 qələbə və 6 heç-heçədən ibarətdir.
Bu nəticə "İnter”in "Qarabağ”la səfər matçlarındakı qələbəsizliyinə də son qoyub. 2007-ci il oktyabrın 28-də Ağdam klubunun meydanında 1:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi 10 il idi sindromu qıra bilmirdi. Əyalət klubu isə 9 qələbə qazanıb, 7 heç-heçə etdiyi rəqibinə 3411 gündən sonra uduzub.