1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nika Kvekveskiri: "AFFA-dan "qırmızı"mın ləğvini gözləyirəm" - MÜSAHİBƏ
"Qəbələ”nin gürcü futbolçusu Nika Kvekveskirinin Sportnet.az-a müsahibəsi
- "Kəpəz”lə oyunda aldığın qırmızı vərəqəni soyuq başla təhlil edəndə hansı qənaətə gəlirsən? Özünü nə dərəcədə günahkar sayırsan?
- Bilmirəm, bu, elə bir epizod idi ki... Açığı, indiyədək inanmıram ki, qırmızı vərəqə almışam. Mən qayda pozuntusu etdim və rəqib futbolçu Nicat Qurbanov yerə yıxıldı. Özü də bu, oyunda ilk qayda pozuntum idi. Nicat ayağa qalxaraq üstümə gəldi. Mən də bu anda əlimi ona sinəsinə qoydum ki, yaxına gəlməsin. Çünki aqressiv idi. Bu da başadülən idi, çünki ona qarşı kobudluq etmişdim. Nicat isə sifətimə vurdu. Videotəkrardan görünür ki, mən ona cavab qaytarmadım. Ona görə də inanmırdım ki, mənə qırmızı vərəqə göstərilə bilər. Baş hakim Əliyar Ağayevdən qərarının səbəbini soruşdum.
- O, nə cavab verdi?
- Elə də cavab vermədiyindən səbəbini bilmirəm. Ola bilər, Əliyar fikirləşirdi ki, mən də Qurbanovu vurdum, yaxud onu itələdim. Baş hakimi oyundan sonra görmədim. Matç zamanı isə mənə qərarının səbəbini demədi. Mən Əliyara və ya yaxud başqa kiməsə incimirəm. Yəqin ki, o, epizodu başqa cür dəyərləndirib.
- Mətbuatda da böyük müzakirə obyektinə çevrilən həmin epizodla bağlı əsas fikir belədir ki, bu, uzağı sarı vərəqəlik qayda pozuntusu idi...
- Mən də belə düşünürəm. Düzü, ilk dəfədir belə olayla üzləşirəm. Hamı kimi mən də futboldan kənarda bu olayları çox görmüşəm. Həm Azərbaycanda, həm də Gürcüstanda keçmiş tanış hakimlərdən bu epizodla bağlı soruşmuşam. Hamı deyir ki, maksimum sarı vərəqə idi. Düzdür, orda ara qarışdı və vərəqəsiz mümkün deyil. Ancaq aydın məsələdir ki, bu, "sarı" olmalı idi, "qırmızı" yox. Çünki mən rəqibi vurmadım ki, onun kimi meydandan qovulum. Baş hakimin qərarına təəccübləndim.
- Nicat Qurbanov saytımıza müsahibəsində bildirib ki, sən onun üzündən itələmisən. O da özünü saxlaya bilməyərək səni vurub...
- Bilmirəm, o deyib. Mən Nicatla oyundan sonra söhbətləşdim. Onun hərəkətinə qarşı niyə belə etməyimlə bağlı fikrimi bildirdim. Bir şeyi deyim ki, hətta "Kəpəz”in ehtiyatda olan futbolçuları baş hakimin mənimlə bağlı qərarını düzgün saymırdılar. Onlar bizimkilərə deyib ki, bu, maksimum sarı vərəqə olduğundan, Nikaya qırmızı vərəqə göstərilməklə bəxtimiz gətirib. Hətta rəqibi itələsəydim belə, bu, "sarı” idi. Vurmaq isə "qırmızı”dır. Bunu hamı bilir. Mən istəməzdim ki, Nicatı meydandan çıxarsınlar. Üzücü odur ki, məni meydandan qovdular və nəticədə komandada kömək edə bilmədim. Hələ bilmirəm ki, bundan sonra nə qədər oyun kömək edə bilməyəcəyəm. Bax, bu, məndə məyusluq yaradır. Keçmişdə qalanla bağlı isə artıq o qədər beynimi yormuram. Ümid edirəm ki, AFFA İntizam Komitəsi məsələyə baxaraq mənə minimum cəza verəcək.
- Bizdə belə praktika olub ki, AFFA-nın Nizam İntizam Komitəsi qırmızı, hətta sarı vərəqələri ləğv edib. Bu mənada səninlə bağlı belə qərar çıxarılacağını real sayırsanmı?
- Bu, parktika hər yerdə var. Mən eşitmişəm ki, Azərbaycanda da olub. Bilmirəm ki, mənimlə bağlı qərar realdır, ya yox. Əliyar özü deyirsə ki, bu, dəqiq qırmızı vərəqədir, düşünmürəm ki, ləğv olunar. Sadəcə, həmin epizoda yaxın olan "Kəpəz”in futbolçularından soruşmaq olar. Onlar da deyirdilər ki, baş hakim məni meydandan qovmalı deyildi. İstəyərdim ki, qırmızı vərəqəm ləğv olunsun. Mən bunun baş verəcəyinə gözləyirəm, böyükl ümid bəsləyirəm. Çox ciddi deyirəm. Mən nə qədər vacib oyunları buraxmalı olacağam. Belə çıxır ki, komandamı çətin vəziyyətdə qoymuşam. Ancaq əslində, belə deyil, heç fikrim də olmayıb. Məni bir də o məyus edir ki, həmin epizoda uşaqlar, ailəm baxırdı. Düşünə bilərlər ki, idmançıya yaraşmayan hərəkət etmişəm. Ancaq əslində isə bunu etmək niyyətim belə olmayıb. Hamı qarşısında üzr istəyirəm.
- Hərəkətinə görə peşmansan?
- Açığı, bilmirəm ki, bunun baş verməməsi üçün nə etməli idim. Nə daha yaxşı olardı ki, bunu edərdim, deyə bilmirəm. Rəqib üzrəmə gəlirdi, mən də onu dayandırdım. Dedim ki, yaxın gəlmə, vəssalam.
- Bu, Azərbaycanda ilk qırmızı vərəqən oldu. Maraqlıdır, bəs əvvəlki karyeran olmuşdu?
- Yalnız bir dəfə. Bu, 4 il öncə Gücüstanın U-21 yığmasının heyətində Hollandiya yığması ilə Tiflisdəki rəsmi matçda idi. Onda da son ümid foluna görə idi.
Mehman SÜLEYMANOV