1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Mehdi və Məsimov təmənnasız oynayır"
"Əsasnaməyə görə sonuncu pilləni tutan komanda Premyer Liqanı tərk edir. Çalışırıq və yeni futbolçuları da dəvət etmişik ki, elitada qalaq. Amma gələn mövsüm nələrin olacağını indidən deyə bilmərəm".
Bunu Sportnet.az-a açıqlamasında AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyib. O bildirib ki, yeni transferlərdən Mehdi Taouil və Samir Məsimov kluba təmənnasız keçib: "Yeni transferlərimiz bizə mövsümün sonunadək kömək etmək istəyirlər. Mehdi Tauil və Samir Məsimov təmənnasız çıxış edirlər. Onlara təşəkkür edirik".
Hüseynov Premyer Liqada qalmaq üçün sonadək vuruşacaqlarını bildirib: "AZAL-ın sonuncu pillədən qurtulmasının nə dərəcədə real olduğunu deyə bilmərəm. "Ümid sonda ölür" deyiblər. Biz də sonadək vuruşacağıq. Premyer Liqada çıxış etmək üçün yaxşı infrastrukturumuz var. Bir az meydanın durumu narahatlıq yaradır. Premyer Liqada qalsaq, onu da yoluna qoyacağıq".
Qeyd edək ki, "təyyarəçilər"in ev oyunlarını keçirdiyi "AZAL Arena" mövsüm bitən kimi İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinə təhvil veriləcək. Orada İslamiada çərçivəsində futbol matçları, stadionun yaxınlığındakı Ağır Atletika Akademiyasında isə ağırlıqqaldırma yarışları keçiriləcək.